İspaniyanın sahillərində son gündə 600-dən çox miqrant aşkar edilib

İspaniyanın sahillərində son gündə 600-dən çox miqrant aşkar edilib

Xilasedicilər ötən gün ərzində İspaniyanın cənub sahillərində Aralıq dənizində 630 miqrant aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,

İspaniyanın dənizdə xilasetmə xidməti tərəfindən açıqlanan məlumata görə, ötən gün 564 nəfərin olduğu 12 qayıq aşkarlanıb, bundan əlavə 3 nəfərin cəsədi tapılıb. Bundan başqa, Alboran kiçik vulkanik adasının sahillərində 66 miqrantın olduğu daha bir qayıq aşkarlanıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, cari ilin əvvəlindən 52 min miqrant İspaniyanın sahillərinə keçib. Bundan əlavə 2119 miqrant Afrikadan Avropaya keçmək cəhd edərkən ölüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə