Gürcüstanda keçirilən prezident seçkilərində Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 59,56 faiz səs toplayıb (1,14 milyondan çox seçici). SİA-nın xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin 99,7 faizi hesablanandan sonra yayılan məlumatda qeyd edilir.
Bu nəticələrə görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin (778 min nəfər) qazanıb.
Salome Zurabişvili və onun tərəfdarları artıq qələbəsini qeyd edir.
Xatırladaq ki, ötən gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermədə seçicilərin sayı 56,23 faiz təşkil edib. Ölkədən kənarda yaşayan vətəndaşlar bu saya aid deyil.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB