Pakistan-Türkiyə hərbi-texniki əməkdaşlığı inkişaf edir

Pakistan-Türkiyə hərbi-texniki əməkdaşlığı inkişaf edir

Pakistan və Türkiyə hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə davam edir. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə nazirinin müavini Muhisn Dərə Pakistanın Karaçi şəhərində keçirilən X Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEAS) ibarədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, son illərdə, Türkiyə xüsusilə Pakistan ordusunun müdafiə qabiliyyətinin və modernləşdirilməsinin yüksəldilməsinə kömək edir: "Türkiyə və Pakistan böyük müdafiə layihələrini birgə həyata keçirməyi planlaşdırırlar".

Nazir müavininin sözlərinə görə, sərgidə Türkiyəni 25 aparıcı müəssisə təmsil edib.

Dere bildirib ki, Pakistan yaxın vaxtlarda Türkiyədə xilasetmə gəmisinin tikintisi üçün sifariş verəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə