ABŞ Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla azad etməsinə qarşı deyil
Rəsmi Vaşinqton Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla azad etməsinə qarşı deyil. SİA-nın xəbərinə görə, bu barədə məlumat rusiyanın "Arqumentı Nedeli" qəzetinin saytında yer alıb. Qəzetin şəxsi mənbələrinə istinadən verdiyi məlumatda göstərilir ki, ABŞ rəsmi Bakıya Dağlıq Qarabağ problemini həll etmək üçün kart-blanş verib.
Məqalənin müəllifi bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağ probleminin güc yolu ilə həll edilməsinə qarşı olmadığını, ancaq hər vəziyyətdə zamanında Xorvatiyanın Serb Kraina məsələsini və Gürcüstanın Cənub Osetiya problemini həll etməyə çalışdığı kimi hər şeyin sürətlə edilməsi lazım olduğunu qeyd edib. Lakin bu da qarşılıqsız olmayacaq. Belə ki, ABŞ qarşılığında rəsmi Bakıdan İrana hücum edə bilmək üçün Azərbaycandan poliqon olaraq istifadə etmək istəyir. İlk öncə yalnız məxfi və xüsusi əməliyyatlar, daha sonra geniş diametrli əsgəri əməliyyatlar üçün.
Rəsmi Moskvanın səylərinə gəlincə məqalə müəllifi bildirib ki, Rusiya da şəxsi maraqları əsnasında Dağlıq Qarabağ probleminin həllindəki rolunu hər şərtdə böyütməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB