Cari il avqustun 1-dən noyabrın 19-dək Gürcüstanda prezidentliyə əsas iki namizəd ümumilikdə 11 milyon 343 min 62 lari məbləğində ianə toplayıblar. Bu vəsaitin 79,3 faizini və ya 8 milyon 998 min 948 larisini Salome Zurabişvili, 11,6 faizini və ya 1 milyon 243 min 366 larisini isə Qriqol Vaşadze toplayıb. SİA xəbər verir ki, bu barədə seçki kompaniyasının maliyyələşdirilməsi ilə bağlı “Beynəlxalq şəffaflıq-Gürcüstan” qeyri-hökumət təşkilatının ikinci aralıq hesabatında məlumat verilib.
Seçkilərin ikinci turu ərəfəsində, oktyabrın 28-dən noyabrın 19-dək olan müddətdə isə namizədlər 4 milyon 128 min 323 lari ianə toplayıblar. Bunun da 3 milyon 592 min 724 (87 faiz) larisini Salome Zurabişvili, 535 min 599 larisini isə (13 faiz) Qriqol Vaşadze əldə edib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək. Gürcü xalqı sonuncu dəfə ümumxalq səsverməsi ilə 6 il müddətinə 5-ci prezidentini seçəcək.
İkinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və əsas ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” partiyasının namizədi və “Güc birlikdədir” blokunun dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB