Britaniya vətəndaşı terrorçular siyahısına daxil edilib

Britaniya vətəndaşı terrorçular siyahısına daxil edilib

Böyük Britanya vətəndaşı Anjem Çoudari Türkiyənin “İŞİD və "əl-Qaidə" ilə əlaqəli adamlar” siyahısına daxil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uyğun sənədi imzalayıb.

Bildirilib ki, müsəlman fəalı olaraq tanıdılan Anjem Çoudari terrorçu İŞİD qruplaşmasını təbliğ etdiyi üçün 2016-cı ildə 5,5 il azalıqdan məhrum edilib. O, bu cəzanın yarısını çəkdikdən sonra sərbəst buraxılıb. “Britaniyanın ən təhlükəli adamı” adlandırılan Çoudari cəzasının qalan hissəsini ev dustağı kimi başa vuracaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə