ABŞ Rusiyanın addımlarını qınayır

ABŞ Rusiyanın addımlarını qınayır

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Nikki Heyli Ukrayna gəmilərinin Rusiyanın Kerç körfəzində saxlanılmasını beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması olaraq xarakterizə edib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bu mövzuya həsr edilmiş təcili iclasında çıxış edən Heyli bildirib ki, beynəlxalq ictimaiyyət bu addımı qınamalıdır.

Diplomat, ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə