İranın Kirmənşah əyalətindəki zəlzələ qurbanlarının sayı 780 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ 300 yaşayış evinə ziyan vurub.
Ölkə rəhbəri Həsən Ruhani əyalət səlahiyyətlilərinə zəlzələ qurbanlarına dərhal kömək etmək, üçün bütün qurumlara xüsusi tapşrıqlar verib.
Xatırladaq ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bazar günü İran-İraq sərhədində 6.3 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16: 37-də qeydə alınıb. Zəlzələnin episentri Bağdaddan 150 kilometr şimalda, Sere-Pole-Zöhab şəhərindən 37 kilometr məsafədə yerləşib. Bunda əlavə, İraq Kürdüstanı ərazisində 1 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.














Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB