Somalinin paytaxtı Moqadişo şəhərində avtomobilin partlaması nəticəsində 10 nəfər ölüb. “RİA Novosti” xəbər verir ki, yerli polis hadisə nəticəsində ölənlərin dinc sakinlər olduğunu, ətrafdakı binalara da zərər dəydiyini bildirib.
Bununla yanaşı, paytaxtın Vədəcir rayonundakı izdihamlı bazar yaxınlığında daha bir partlayış törədilib. Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB