İstanbulda vertolyot binaların arasına düşdü (FOTO/VİDEO)

İstanbulda vertolyot binaların arasına düşdü (FOTO/VİDEO)

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot binaların arasına düşüb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 4 hərbçi ölüb, 1-i yaralanıb.

Sancaqtəpə bələdiyyəsinin sədri İsmayıl Erdem vertolyotun təlim uçuşu üçün havaya qalxdığını, yaxınlıqda hərbi hissənin olduğunu bildirib.

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, vertolyot yaşayış məntəqəsinə düşüb. Üç hərbçinin həlak olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə