Kaşıkçının qətlinin əmrini vəlihəd şahzadə verib Senator

Kaşıkçının qətlinin əmrini vəlihəd şahzadə verib Senator

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Kaşıkçının qətli ilə əlaqəsi olmaması ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı haqqında söylədikləri həqiqəti əks etdirmir. SİA Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Yuta ştatının Respublikaçı senatoru Mayk Li açıqlayıb.

"Prezidentin qiymətləndirməsi ilə razı deyiləm. Onun söylədikləri mənim gördüyüm kəşfiyyat məlumatlarının əksini təşkil edir", deyə Li "NBC" kanalına açıqlamasında deyib.

Siyasətçi bildirib ki, onun gördüyü kəşfiyyat məlumatları Kaşıkçının qətlinin vəliəhd şahzadə tərəfindən verildiyini göstərir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə