İri miqyaslı hərbi təlimlər başlayıb

İri miqyaslı hərbi təlimlər başlayıb

Özbəkistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimlərini başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Özbəkistan Respublikası Prezidentinin sərəncamı ilə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, bu gün Müdafiə Nazirliyinin qoşunları təlim üçün qaldırılıb. Onun sözlərinə göğrə, təlim 5 gün davam edəcək və dörd mərhələdə keçiriləcək".

Təlim zamanı Müdafiə Nazirliyinin mərkəzi aparatının idarəetmə orqanlarını idarə etmək üçün hazırlığının müəyyənləşdirilməsi məsələləri, qoşunların təyin olunmuş ərazilərə mütəşəkkil bir çıxış üçün hazırlığı nəzərə alınacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, indiyə qədər hərbi qulluqçular üçün belə bir miqyasda təlim keçirilməyib. Ölkənin silahlı qüvvələrinin bütün şöbələrinin birləşmələrinin təlimə cəlb olunması nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə