Əfqanıstanın ABŞ-da səfiri ilk dəfə xanım təyin edilib

Əfqanıstanın ABŞ-da səfiri ilk dəfə xanım təyin edilib

Röya Rəhmani Əfqanıstanın ABŞ-da səfiri təyin edilib. SİA-nın məlumatına görə, o bu vəzifəyə təyin olunan ilk qadın olub. Rəhmani daha əvvəl ölkənin İndoneziyadakı səfiri olaraq çalışıb.Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir. İndoneziyada xidməti zamanı uğurlara imza atıb", - ölkə Prezidentinin rəsmi nümayəndəsi Harun Cahansuri deyib. Xatırladaq ki, daha əvvəl bu vəzifədə Həmdullah Mohib çalışıb. Bu ilin avqust ayında isə Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə