Viktoriya gölündə gəminin batması nəticəsində- ölənlərin sayı 29 nəfərə çatıb
Şənbə günü Viktoriya gölünün Uqanda sahillərində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə bazar günü yerli polisə istinadən "Reuters" xəbər yayıb. "Daily Monitor" qəzetinin yazdığına görə, gəminin göyərtəsində ümumilikdə 100-dən çox insan olub.
Onlardan 40 nəfəri xilas edilib. İtkin düşənlərin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB