“Qara cümə” də silah almaq üçün sifarişlərin sayı azalıb

“Qara cümə” də silah almaq üçün sifarişlərin sayı azalıb

Builki "Qara cümə" günündə toplanmış məlumatların Federal Təhqiqat Bürosu (FTB) tərəfindən yoxlanılması nəticəsində məlum olub ki, bu dəfə odlu silah almaq üçün sifarişlərin sayı 2017-ci ildəki illə müqayisədə 10 faiz azalıb. SİA FTB-nin bəyanatına istinadla xəbər verir ki, 2017-ci ilin "Qara cümə" günü bu göstərici üzrə birgünlük rekord qeydə alınmışdı. Xatırladaq ki, "Qara cümə" ABŞ-da Şükranlıq Günündən dərhal sonra endirimlər mövsümünün başlandığı gündür. Həmin gün satışa çıxarılan mallar arasında silah da olur. FTB-nin məlumatlarına görə, budəfəki "Qara cümə" günündə odlu silah əldə edilməsi üçün 182 min 93 sifariş alınıb. Bu, 2014-cü ildən sonra ən aşağı rəqəmdir. Keçənilki "Qara cümə" günündə FTB-yə 203 min 86 sorğu göndərilmişdi. Odlu silahla bağlı qanun pozuntularının mövcudluğu barədə Milli Ani Yoxlama Sistemi vasitəsilə aparılan yoxlamalar silah satışı barədə real göstərici deyil. Ancaq budəfəki "Qara cümə"də satılmış odlu silah vahidlərinin sayı ehtimal ki, adi günlərdəkindən yuxarı olub. Çünki bir alıcı tərəfindən verilmiş sifarişdə bir neçə vahid odlu silah alınması nəzərdə tutula bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə