Ukrayna-Rumıniya sərhədində gərginlik artır

Ukrayna-Rumıniya sərhədində gərginlik artır

Ukrayna Rumıniya ilə sərhədə əlavə qüvvələr yerləşdirib. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidməti (DSX) Rumıniyada qaçaqmal hallarının artdığını nəzərə alaraq Zakarpartya və Bukavina ərazilərinə əlavə qüvvələr göndərib.

DSX-nın məlumatına görə, əlavə sərhədçilərin göndərilməsinin daha bir səbəbi kriminal ünsürlərə qarşı mübarizəni gücləndirməkdir.

Qeyd edək ki, noyabrın 16-da Ukrayna və Rumıniya sərhədində qaçaqmalçılar ukraynalı sərhədçiyə müqavimət göstərərək onu ölümcül döyüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə