"Putinin bağ evi yoxdur"

Xəbər verildiyi kimi Rusiya prezidentinin "Novo-Oqarevo"da tikilən rezidensiyasının tikintisi zamanı külli miqdarda dövlətin pulu mənimsənilib. Nəticədə günahı olan şəxslər həbs edilib, cinayət işi açılıb. Bu cinayət işi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Rusiya mediası xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov cinayət işində üzə çıxan yeni materiallarla tanış olmadığını deyib, ancaq tutulanlar haqda xəbəri olduğunu vurğulayıb.

"Burda əsas o deyil ki, bu, Putinin bağ evidir. Əslində o bağ evi Putinin deyil, dövlətindir. Putinin ümumiyyətlə bağ evi yoxdur. Əsas odur ki, dövlətin pulu oğurlanıb. Və hüquq-mühafizə orqanları bu haqda ölçü götürməli, günahkarları cəzalandırmalıdır". Peskov belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə