Fransa 26 əsəri Beninə geri qaytaracaq

Fransa 26 əsəri Beninə geri qaytaracaq

Fransa mədəni irsə aid 26 əsəri Beninə geri qaytaracaq. SİA "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Fransanın prezidenti Emmanuel Makron məlumat verib.

Məlumata əsasən, əsərlər müstəmləkə dövründə Afrikadan gətirilmişdir. 2016-cı ildə Benin prezidenti rəsmi olaraq Fransadan mədəni irsə aid əsərlərin geri qaytarmasını tələb edib.

Beninin UNESCO-dakı daimi nümayəndəsi İrene Zevonou, Beninin mədəni irsinə aid 4,500-6,000 əsərin Fransada olduğunu bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə