Parisdə “sarı gödəkçəlilər”lər tərəfindən keçirilən etiraz aksiyasına görə, ictimai nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etiraz aksiyasına görə, 7 mərkəzi metro stansiyası bağlanıb.
Aksiyanın şəhərin mərkəzi küçələrində keçirilməsinin nəzərdə tutulduğu üçün bu metro stansiyaları xidmət üçün bağlanılıb, qatarlar stansiyalarda dayanmır, nəqliyyatın yalnız şəhər hakimiyyətinin tapşırığı əsasında açılacağı deyilir.
Qeyd edək ki, Parisdə geniş miqyaslı etiraz aksiyaları noyabrın 17-dən benzinin qiymətinin bahalaşması ilə əlaqədar keçirilməyə başlanıb. Fransanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən şənbə günü etiraz aksiyalarında 287 min nəfər iştirak edib. Ölkənin cənub-şərqindəki İser bölgəsində keçirilən etirazlar zamanı bir nəfər avtomobilin təkərləri altında qalıb, ümumilikdən 500-dən çox adam ziyan çəkib.
Yanacaq qiymətlərinin artmasına qarşı hərəkata fransalı sürücülərin atributu sayılan "sarı gödəkcə" adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB