Yaponiyanın şimal-şərqində, Fukuşima prefekturasının Sakit okean sahillərində 5 bal gücündə zəlzələ baş verib. SİA bu barədə Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 12 prefekturada, o cümlədən paytaxt Tokioda da hiss olunan yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB