Qəzza zolağında xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb
Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.
"İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101 nəfərdir", - deyə Erab əl-Fukah bildirib.
Onun sözlərinə görə, 14 döyüş gülləsindən, 7 nəfər rezin gülləsindən, 11 nəfər qaz bombası zərbəsindən, digərləri qazdan xəsarət alıblar. Daha əvvəl 12 nəfərin yaralandığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB