Əfqanıstanda partlayış olub, 27 nəfər ölüb

Əfqanıstanda partlayış olub, 27 nəfər ölüb

Əfqanıstanın cənub-şərqində məsciddə törədilən partlayış nəticəsində həlak olan hərbçilərin sayı 27 nəfərə, yaralananların sayı isə 79 nəfərə çatıb. Pajvak informasiya agentliyi xəbər verir ki, insident Host əyalətində cümə namazı zamanı baş verib. Əyalət qubernatorunun sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Əfqanıstan Prezidenti Əşrəf Qani hücumu qınayıb və insidentlə bağlı təhqiqat başlaması barədə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə