Netanyahu Bəhreynə səfər edəcək

Netanyahu Bəhreynə səfər edəcək

Benyamin Netanyahu İsraillə körfəzdəki ərəb dövlətləri arasında əlaqələrin normallaşdırılması fonunda Oman Sultanlığından sonra Bəhreynə rəsmi səfərə gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin ofisinin sözçüsü Hani Marzuq məlumat verib.

H.Marzuq ötən gün İsrail telekanallarının birində çıxışı zamanı Benyamin Netanyahunun növbəti səfərinin Bəhreynə olacağını bildirib. Lakin az keçməmiş İsrail baş naziri Benyamin Netanyahunun ofisi bu məlumatı təkzib edib.

İsrail baş naziri Benyamin Netanyahunun ofisinin bu gün sübh verdiyi bəyanatda bildirilib ki, Hani Marzuq qurumun sözçüsü deyil adi işçisidir və onun bildirdiyi fikirlər onun öz qənaətidir.

Qeyd edək ki, İsrail baş naziri 26 ildən sonra ilk dəfə olaraq Oman Sultanlığına rəsmi səfərə getmişdi. Bu ərəfədə BƏƏ və Qətərdə də İsrail idmançıları beynəlxalq turnirlərə qatılmış və burada İsrailin himnləri səsləndirilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə