ABŞ-ın Alabama ştatının Huver şəhərində naməlum şəxsin ticarət mərkəzlərinin birində insanları atəşə tutması nəticəsində bir neçə nəfər xəsarət alıb. SİA “al.com” saytına istinadla xəbər verir ki, insident “Riverchase Galleria” ticarət mərkəzində daha çox izdihamın yaşandığı “qara cümə” satışları zamanı qeydə alınıb.
Hazırda polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır. İlkin məlumatlara görə, cinayətkar öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB