Çin Xalq Respublikasının Pakistanın Kəraçi şəhərindəkı konsulluğuna hücum edən üç terrorçu öldürülüb. SİA xəbər verir ki, atışma zamanı iki polis də həlak olub, biri yaralanıb.
Pakistan mətbuatının verdiyi məlumata görə, terrorçuların üzərində ölüm kəməri və silahlar olub. Onlar konsulluğun viza bölməsinə icazəsiz keçmək istəyərkən təhlükəsizlik qüvvələri ilə aralarında atışma olub. Terrorçular əl qumbarası partladıb, atəş açıblar.
Konsulluğun əməkdaşları xəsarət almayıb, hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB