Bollivud ulduzu kəndlilərə görə 560 min dollar xərclədi

Bollivud ulduzu kəndlilərə görə 560 min dollar xərclədi

Bollivud ulduzu Amitabh Baççan həmyerliləri olan fermerlərin borcunu ödəmək üçün 560 min dollar xərcləyib. BBC-nin məlumatında deyilir ki, aktyor 1398 fermerə xeyriyyə yardımı edib. Onlar 76 yaşlı Baççanın doğulduğu Uttar Pradeş ştatındandırlar. Aktyor artıq banka ödəmə edərək borc sənədlərini alıb və həmin sənədləri fermerlərə vermək üçün doğulduğu kəndə getməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə