"ÜTT çoxtərəfli quruluşdur, amerikalı deyil" Çindən ABŞ-a cavab

"ÜTT çoxtərəfli quruluşdur, amerikalı deyil" Çindən ABŞ-a cavab

ABŞ-ın ayrı-ayrı fərdlərinin Çini Ümumdünya Ticarət Təşkilatından çıxarılması kimi müraciətləri absurd, kobud, güc və psixoloji terror siyasətinin təzahürüdür”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu barədə Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Gen Shuang açıqlamasında bildirib.

"ÜTT çoxtərəfli quruluşdur, amerikalı deyil və bu təşkilatda bütün üsvlər bərabər hüquqludur. Burada ABŞ-ın istəyi keçə bilməz. Birləşmiş Ştatların ayrı-ayrı şəxslərinin Çinin ÜTT-dən çıxarılması ilə bağlı göstərişləri tam bədxahlıq olsa da, bu, onların kobud, psixoloji terrorçu, özlərini hər şeydən üstün tutduqlarını açıq-aşkar nümayiş etdirir ", - deyə Gen Shuang brifinqdə deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın yaxın vaxtlarda YUNESKO, Sakit okean tərəfdaşlığı, Paris İqlim Sazişi, İranın nüvə danışıqları və digər beynəlxalq müqavilələrdən imtina etdiyini xatırladıb.

"Son zamanlar ABŞ ÜTT-dən çıxacağını bildirir, bu gün isə artıq Çinin ÜTT-dən kənara çıxmasını təklif edir. Bu, sadəcə absurddur", - deyə Geng Shuang əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti yanında iqtisadi Məsləhət Şurasının rəhbəri Kevin Hassett Çinin ÜTT-də davranışını qeyri-münasib hesab edib və Çinin bir ticarət təşkilatından çıxarılmasının mümkünlüyü məsələsini qaldırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə