Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gecə daha iki nəfərin cəsədi tapılıb və bununla da ölənlərin sayı 83 nəfərə çatıb.
Məlumata görə, itkin düşənlərlə bağlı siyahıda 653 nəfərin adı yer alıb. Onlardan yalnız 307 nəfərinin yeri haqqında məlumat əldə etmək mümkün olub.
Qeyd edək ki, hazırda Kaliforniyadakı bir neçə böyük yanğın baş verir. Kaliforniyanın şimalında baş verən yanğın dövlətin tarixində ən dağıdıcı hesab edilir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB