Baş Kəşfiyyat İdarəsinin rəhbəri ölüb

Rusiya Baş Kəşfiyyat İdarəsinin (“QRU”) rəisi general-polkovnik İqor Korobov 62 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu haqda SİA Rusiya KİV-nə istinadən xəbər verir. Rusiya Müdafiə Nazirliyi Korobovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Korobov 2016-cı ilin yanvarında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə ölkənin Baş Kəşfiyyat İdarəsinə rəis təyin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə