Türkiyəyə məxsus gəmi yanıb

Yunanıstan sahillərində, Pelopones adasının cənubunda Türkiyə bayrağı altında üzən “Kilic 1” adlı yük gəmisi yanıb. Tunisdən Türkiyəyə yük daşıyan gəminin ekipaj üzvləri xilas edilib. Gəmidə 20 ton dizel yanacağı olub.

Hadisə yerinə sahil mühafizə xidmətinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə