Tramp Venesuelanı terrorizmi dəstəkləyən ölkə elan etmək niyyətindədir

Tramp Venesuelanı terrorizmi dəstəkləyən ölkə elan etmək niyyətindədir

ABŞ administrasiyası Venesuelanı İran, Şimali Koreya, Sudan və Suriya cərgələrinə əlavə edərək bu ölkəni terrorizmin dövlət sponsoru elan etməyə hazırlaşır. SİA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrdə müvafiq addımın nə vaxt elan ediləcəyi və onun ardınca hansı tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilməyib.

Qəzetdəki mənbələr Venesuelanı bu siyahıya daxil etmək qərarının təsdiqlənməsi ilə bağlı dəqiq qərarın qəbul edildiyini təsdiqləməsələr də, lakin son günlərdə Dövlət Departamenti müxtəlif dövlət qurumlarının məsələ ilə bağlı reaksiyasını tələb edib. Ölkənin Xarici İşlər Nazirliyi bu məlumatlara şərh verməyib.

Lakin Dövlət Departamenti tərəfindən hər hansı ölkənin terrorçuluq sponsorlarının siyahısına daxil edilməsi bu ölkə ilə ticarət əlaqələri quran ölkələrə orada yaşayan hüquqi şəxslərə və fərdlərə qarşı hər hansı cəzalandırıcı tədbirlər görmək imkanı verir. Qadağaya xüsusilə silah və ikitərəfli malların tədarükü, bank əməliyyatları daxil edilir.

Qeyd edək ki, ABŞ administrasiyası Venesuelaya qarşı sanksiyalar tətbiq edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə