Leysan yağış 11 nəfərin ölümünə səbəb olub

Leysan yağış 11 nəfərin ölümünə səbəb olub
İordaniyada yağan güclü yağışlar nəticəsində qurbanların sayı 11-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əl-Val bölgəsində xilasedicilər tərəfindən iki vətəndaş xilas edilib. İtkin düşmüş şəxslərdən birinin cəsədinin tapılması nəticəsindəı qurbanların sayı 11-ə çatıb. Hökumət səlahiyyətlilərinin açıladığı məlumata görə, axtarış tədbirləri davam etməkdədir. Hazırda iki nəfərin itkin düşməsi haqqında məlumat var. Qeyd edək ki, cümə günü İordaniya hökuməti leysan yağışlara görə, zərərçəkən sahələrdən təxliyyə tədvirləri ilə bağlı göstəriş verib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə