Sankt-Peterburqda (Rusiya) "Lenta" hipermarketin damında yanğın baş verib. SİA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın, təqribən, 5 min kvadratmetr ərazini əhatə edir. Alovun söndürülməsinə Rusiya FHN-in 12 ədəd texnikası və 54 nəfər şəxsi heyəti cəlb olunub. Binadan 800 nəfər təxliyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB