ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasının cümə günü Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatın itirib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın insan haqlarına riayət olunmasına nəzarət Mərkəzinə istinadən "Al-Hadath" telekanalı məlumat yayıb.
Bildirilir ki, koalisiya təyyarələri İŞİD qruplaşmasının ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.
Bundan əvvəl Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürüldüyü bildirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB