"Dağıdıcı qasırğalar İtaliyaya 3 milyard avrodan çox ziyan vurub"

"Dağıdıcı qasırğalar İtaliyaya 3 milyard avrodan çox ziyan vurub"

İtaliyada son günlər baş verən dağıdıcı qasırğalar nəticəsində ölkəyə 3 milyard avrodan çox ziyan dəyib. Bu barədə İtaliyanın nəqliyyat və infrastruktur naziri Danilo Toninelli qasırğanın ciddi ziyan vurduğu Genuya regionunun Rapallo əyalətinə səfəri zamanı bildirib.

Nazir qasırğanın Veneto, Liquriya və Siciliya bölgələrində daha çox dağıntıya səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 30–dan çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə