Fransanın Dyünkerk şəhərində fəaliyyət göstərən xəstəxananı partladacağı ilə təhdid edən qadın polis tərəfindən saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli KİV-lər bu qadının səhər saatlarında xəstəxanaya daxil olduğunu yazırlar. “Qadın xəstəxananın təcili yardım hissəsinə daxil olaraq bildirib ki, üzərində bomba var və onu partlatmağa hazırlaşır”, yazan fransız informasiya agentlikləri məhz bundan sonra xəstəxana əməkdaşlarının polisə çağırış siqnalını işə salıblar. Polisin bir neçə saatlıq əməliyyatından sonra təhdidçi xanım saxlanılıb. Onun üzərindən partladıcı vasitənin olub-olmaması ilə bağlı hüquq-mühafizə orqanları heç bir məlumat verməyib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB