Avropanın ən çirkli şəhərlərinin adları açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk üçlüyə Tetova( Makedoniya), Neapol (İtaliya), Skopye (Makedoniya) daxil olub. Onların orta illik çirklənmə indeksi göstəriciləri 97.57, 84.61 və 82.17 olub.
Sankt-Peterburq 64.47 ilə 17-ci, Moskva isə 63.02 ilə 19-cu sırada qərarlaşıb. Ən təmiz Avropa şəhərləri isə Helsinki (Finlandiya) 13.49, Reykjavik (İslandiya) 15.57, Sürix (İsveçrə) 16.42 və Stokholm (İsveç) 16.62 göstəricisi ilə yerləri paylaşıblar.
Qeyd edək ki, reytinq sorğu əsaslanır və şəhərdəki ümumi çirklənmənin qiymətləndirilməsi əsasında tərtib olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB