Yaponiyada uşaqların intiharı son 30 ildə ən yüksək həddə çatıb

Yaponiyada uşaqların intiharı son 30 ildə ən yüksək həddə çatıb

Yaponiya Təhsil Nazirliyinin məlumatına əsasən, ölkədə uşaq intiharı son 30 ildə ən yüksək həddə çatıb. AZƏRTAC xəbər verir ki, nazirliyin apardığı sorğunun nəticələrinə görə, ötən ilin martından bu ilin martınadək Yaponiyada ibtidai, natamam və tam orta məktəblərin 250 şagirdi öz həyatına qəsd edib.

Bu, əvvəlki ilin həmin göstəricisi ilə müqayisədə 5 nəfər çoxdur. Onların 6-sı ibtidai, 84-ü natamam, 160-ı isə tam orta məktəblərin şagirdidir.

Bütün xəbərlər Facebook səhifəmizdə