Bağdadda partlayışlar: 8 ölü, 16 yaralı

Bağdadda partlayışlar:  8 ölü, 16 yaralı

İraqın Bağdad şəhərində baş verən partlayışlar nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdyi xəbərə görə, bu barədə ölkənin təhlükəsizlik qüvvələri açıqlayıb.

Məlumata görə, partlayışın biri Bağdadın şimalında Aden meydanına yaxın ərazidə baş verib. Daha üç partlayış hadisəsi şəhərin şərqində, beşinci partlayış hadisəsi Bağdadın şimalında qeydə alınıb.

Şəhərin cənubunda dükanların yaxınlığında da bomba tapılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə