Almaniya Rusiya əleyhinə sanksiyalara görə ayda 727 milyon dollar itirir

Almaniya Rusiya əleyhinə sanksiyalara görə ayda 727 milyon dollar itirir

Almaniya iqtisadiyyatı Rusiyaya tətbiq olunmuş sanksiyalara görə hər ay 727 milyon dollar itirir. Bu qənaətə Almaniyanın Kil İnstitutunun dünya iqtisadiyatı üzrə ekspertləri gəliblər.

“Deutsche Wirtschafts Nachrichten” qəzetinin yazdığına görə bu, Almaniyanın ixracının ümumi həcminin 0,8 faizini təşkil edir. Analitiklər bildirirlər ki, Rusiya ilə ticarət əlaqələrinin pisləşməsindən Qərbin itirdiklərinin 40 faizi Berlinin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə