Venesiyada təyyarə qəzası olub, 2 nəfər ölüb

Venesiyada təyyarə qəzası olub, 2 nəfər ölüb

Şənbə günü İtaliyanın şimalında yerləşən Venesiya şəhəri yaxınlığındakı Brian kəndində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə RAI məlumat yayıb. "SIAI-Marchetti SF-260" tipli təyyarənin göyərtəsində təlimatçı pilot və daha bir nəfər olub. Onların hər ikisi ölüb.

Hadisənin səbəbləri araşdırılır. Bundan əvvəl Almaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə