Gürcüstandakı şaxtaçılar aksiyanı dayandırıblar

Gürcüstandakı şaxtaçılar aksiyanı dayandırıblar

Gürcüstanın Tkibuli bölgəsindəki Dzidziquri mədənində 300 metr dərinlikdə etiraz edən 25-ə yaxın şaxtaçı aksiyanı dayandırıb. AZƏRTAC xəbər verir ki, buna səbəb mədən rəhbərliyi və Tkibuli meriyasının şaxtaçıların tələblərini yerinə yetirəcəklərinə söz vermələridir.

Bildirilib ki, Tkibulidəki mədənlərdə istehsalat prosesi bərpa olunana qədər şaxtaçıların əmək haqları tam ödəniləcək. Mədənlərin fəaliyyəti isə dekabr ayından etibarən bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə