ABŞ şokda: "Rusiya Kubaya 38 milyon avro kredit verəcək"

ABŞ şokda: "Rusiya Kubaya 38 milyon avro kredit verəcək"

Rusiya hərbi əməkdaşlıq üçün Kubaya 38 milyon avro kredit verməyə hazırlaşır. Axar.az xəbər verir ki, bunu Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak deyib.

“Kredit müqaviləsinin bəzi hissələri hələlik razılaşdırılmayıb, lakin yaxın gələcəkdə həll ediləcək. Kubalılar (noyabrın ortalarında) professional heyətlə Rusiyaya gələcəklər. Zənnimcə, razılaşmanı bu səfər zamanı imzalayacağıq”, - deyə Storçak bildirib.

Qeyd edək ki, “Kommersant” qəzeti bundan əvvəl Rusiya istehsalı silahlar alması üçün Moskvanın Kubaya 50 milyon dollar kredit verməyi planlaşdırdığını yazmışdı. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə Rusiya və Kuba liderlərinin görüşü zamanı hərbi əməkdaşlığın da müzakirə ediləcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə