Suriyada vətəndaş müharibəsi başlayandan bu günədək ölkə ərazisində 689 KİV təmsilçisi qətlə yetirilib. Anadolu Agentliyi xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Bildirilir ki, ötən müddət ərzində Suriyada öldürülən KİV nümayəndələrindən səkkizi əcnəbidir. Bundan başqa, münaqişə bölgəsində 18-i əcnəbi olmaqla 418 nəfər media əməkdaşı girov və yaxud əsir götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB