Taliban "ata"sız qaldı

Pakistanın şimalında ölkə Senatının sabiq üzvü, “Talibanın atası” ləqəbli Sami al-Xak öldürülüb. SİA Pakistan mətbuatına istinadən xəbər verir ki, Sami al-Xak Ravalpindi şəhərindəki evində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Evə hücum edənlərin şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur. Araşdırma aparılır.

Sami al-Xak “Taliban” hərəkatının banisi Məhəmməd Umarla yaxın əlaqələri olan şəxs kimi tanınırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə