Məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var - Kolumbiyada
Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Monteriya və Arboletes bələdiyyələri arasındakı yolda baş verib. Yerli konkisürmə yarışının iştirakçıları olan məktəbliləri daşıyan avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə bağlı təhqiqat aparır. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB