"İrana qarşı sanksiyalara dair qərarlar noyabrın 5-də açıqlanacaq"

"İrana qarşı sanksiyalara dair qərarlar noyabrın 5-də açıqlanacaq"

İran neftinə dair sanksiyalar bazar ertəsi elan ediləcək. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracı 1 milyon barrel azalacağını gözləyirik.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq. Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə