NASA-nın planetlərarası stansiyasının yanacağı bitib - Fəaliyyətini dayandırıb
NASA-nın planetlərarası stansiyası “Dawn” fəaliyyətini dayandırıb. SİA-nın məlumatına görə, buna stansiyanın yanacağının bitməsi səbəb olub. Bununla da “Dawn” 11 illik missiyasını başa vurub.
2007-ci ilin sentyabrında fəzaya göndərilmiş “Dawn” stansiyası Vesta asteroidini və Serera cırtdan planetini tədqiq etməklə məşğul idi.
Bu, birdən çox kosmik cismi tədqiq edən ilk aparat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB