Niderlandın GroenLinks, D66 və SP partiyalarının liderləri “Qırmızı fənərlər küçəsi” kvartalının yerini dəyişdirmək təşəbbüsü ilə çıxış ediblər. SİA xəbərinə görə, bu barədə ölkənin “Parool” informasiya agentliyi yazaraq qeyd edir ki, onlar bu məşhur küçənin ümumiyyətlə, Amsterdamda olmamasını istəyirlər.
Partiya liderləri və onları dəstəkləyən üzvləri ehtimal edirlər ki, əgər fahişəliklə məşğul olanlara yeni lisenziyalara verilərsə, qadınlar şəhər mərkəzindən kənarda da qanuni çərçivədə fəaliyyət göstərə bilərlər. “Onlar eyni zamanda, təhlükəsizliklərini qoruyacaq və turistlərin çoxsaylı kütlələri ilə də mütəmadi şəkildə toqquşmayacaqlar”, deyə adıçəkilən informasiya saytı yazır.
Qeyd edək ki, “Qırmızı fənərlər küçəsi” Hollandiyada tarixi məkan kimi tanınır. Ancaq buna baxmayaraq, bu küçənin gələcək taleyi müzakirəyə çıxarılıb. Məhz turistlərin buraya artan kütləvi marağına görə, həm küçə sakinləri, həm də fahişələr çoxsaylı problemlərlə üzləşirlər. “Turistlər müxtəlif vasitələrlə onlarla şəkil çəkdirmək istəyirlər, lakin xidmət üçün müraciət etmirlər ki, bu da intim xidməti ilə məşğul olan fahişələrin gəlirlərini azaldır”, adıçəkilən sayt yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB