Dövlət Departamentinin sözçüsü ABŞ-ın BMT-dəki səfiri olacaq?

Dövlət Departamentinin sözçüsü ABŞ-ın BMT-dəki səfiri olacaq?

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert Prezident Donald Trampın ölkənin BMT-dəki səfiri vəzifəsinə namizədlərindən biridir.

H.Noyert 2017-ci ilin aprel ayından Dövlət Departamentində mətbuat katibi vəzifəsində çalışır. O, müxbir karyerasına “ABC News” telekanalında başlayıb və sonra “Fox News” telekanalında işləyib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heylinin istefasından sonra Ağ Ev üç nəfərin namizədliyinə baxır. Bunlar ABŞ-ın Fransadakı səfiri Cemie MakKort, ABŞ-ın Kanadadakı səfiri Kelli Nayt Kraft və Hizer Noyertdir.

Bütün xəbərlər Facebook səhifəmizdə